|
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 

 
Musavat.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində yerləşən elektrik qutusunda 7 ədəd elektrik sayğacı yanıb. Bina yanğından mühafizə olunub.