|
Rusiya neft hasilatına görə 25 illik rekordunu yeniləyib
Rusiyada neft hasilatının orta sutkalıq həcmi sentyabrın əvvəlindən sutkada 11 mln. bareldən çox təşkil edib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında bildirilir.    
 
“Bloomberg”in məlumatına görə, müvafiq göstərici bundan əvvəl 1991-ci ildə qeydə alınıb.  
 
Məlumata görə, avqustda bu göstərici iyul ayı ilə müqayisədə 1,4 faiz aşağı düşərək, sutkada 10,71 mln. barel təşkil edib.  
Cia.az