|
Türkiyə Rusiyadan yerüstü hərbi dəstək istədi

Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatı çərçivəsində Rusiyadan yerüstü hərbi dəstək istəyib.

Trend-in verdiyi məlumata görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

O, həmçinin qeyd edib ki, Türkiyə və Rusiya arasında "Türk axını" layihəsinin tikintisi üzrə danışıqlar davam edir.