|
Brent neftinin qiyməti 47 dollar ətrafında dəyişir
Dünya bazarında neft bahalaşıb.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,86 dollar artaraq 45,30 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar artaraq 47,70 dollar olub.
Cia.az