Bu günlərdə Ayfon-7-nin(iPhone7) təqdimat mərasimi baş tutacaq. Tədbir sentyabrın 9-u ABŞ-ın San Fransisko əyalətində gerçəkləşəcək. Şirkətdən qonaqlara dəvətnamələr göndərilir.
Qeyd edək ki, bir müddət öncə Ayfon-7-nin təqdimat mərasiminin sentyabrın 7-si keçiriləcəyi barədə açıqlama verilsə də, şirkət 9 sentyabr tarixini məqbul hesab etdiyini vurğulayıb.
Təqdimatdan təxminən 10 gün sonra Ayfon-7-nin kütləvi satışına başlanacağı gözlənilir.
Ayfon-7-nin hansı özəlliklərə sahib olduğu isə istifadəçiləri və həvəskarları əsas maraqlandıran suallardır. Bir neçə maraqlı məlumatı nəzərinizə çatdıraq.
Yeni iPhone və yeni versiya nömrəsi: Bir çox hallarda bu, tamamilə yeni model üçün istifadə olunur. Yeni Apple smartfonunun üzləşəcəyi bir sıra yeniliklər bunlardır:
Yeni iPhone 7 modeli demək olar ki, iPhone 6 ilə eyni görünüşə malikdir. Əsas fərqi isə nisbətən sadə dizaynı və arxasında olan antena xətlərinin yoxa çıxması olacaq.
Daha bir yenilik isə qulaqcıq girişinin olmayacağıdır. Bu yeni xüsusiyyətdən daha çox xüsusiyyətin ləğv olunmasına oxşayır. Belə ki, yeni modeldə ənənəvi 3,5 mm-lik qulaqcıq girişi ləğv olunacaq. Bu o deməkdir ki, siz sadəcə simsiz qulaqcıqlardan istifadə etməli olacaqsınız, yaxud qulaqcıq şarj girişinə qoşulma imkanına malik olmalıdır. Yaxşı səslənir, lakin… Bir çoxumuzun 3,5 mm-lik qulaqcıqdan istifadə etdiyini nəzərə alsaq, bu çoxları üçün mövcud cihazı dəyişmək kimi bezdirici bir əziyyətə gətirib çıxaracaq.
Qulaqcıq girişinin ləğv olunması ilə iki ehtimal ortaya çıxır. Ya şirkət yeni simsiz qulaqcıqlar təqdim edəcək, ya da yeni qulaqcıqlar şarj girişindən qoşulma xüsusiyyətinə malik olacaq.
Sadəcə böyük iPhone 7 modelində gözlənilən bu kamera ilə siz böyüdülmüş şəkil imkanı əldə edəcəksiniz. Bəzi rəqiblər tərəfindən istifadə olunan bu xüsusiyyətlə çəkilən şəkillərdə dəqiqliyi artırmaq mümkün ola bilər. Standart ölçülü iPhone 7 modelində əlavə kamera olmasa da, kamera xüsusiyyətlərində bir sıra yeniliklər olacaq.
Ən çox gözlənilən və arzu olunan yeniliklərdən olan daxili yaddaş dəyişikliyi çoxlarını sevindirir. Apple şirkəti standart iPhone 7 modelini 16 GB əvəzinə minimal 32 GB daxili yaddaşla təmin edəcək.

Basılmayan “home” düyməsi: Bir çox ekspertin fikrincə bu xüsusiyyət, yeni iPhone modelinə əlavə olunacaq ən mühüm dizayn yeniliklərindən biridir. Belə ki, Apple şirkəti yeni iPhone modelində orta düyməni toxunuş sensoru ilə təmin edəcək və düymə basılmayacaq. Bu isə smartfonun əsas səthi ilə eyni səviyyədə yerləşən düymə ilə daha estetik dizayn əldə etmək imkanı verəcək.
Əlbəttə yeni modellə daha sürətli prosessor və bir sıra digər sərt cihaz yenilikləri əlavə olunacaq. Qulaqcıq girişinin ləğv olunması ilə yeni modelinin su keçirməz xüsusiyyətə malik olacağı deyilsə də, bu fikir təsdiqini tapmamışdır.
Yeni modelin iki SIM kart xüsusiyyəti, mavi rəng modeli, simsiz şarj etmə xüsusiyyəti kimi iddiaların isə heç bir əsası yoxdur və şirkət tərəfindən təsdiqini tapmayıb.
Telefonun paylaşılan arxa görüntüsünə əsaslansaq, onun 4.7 düymlük olduğunu da demək olar. İddiaya görə, yeniliyin 4 mikrofonu olacaq. Bunun sayəsində artıq telefonda video izləmək, musiqi dinləmək daha sərfəli olacaq. Bu mikrofonlar səs keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.
İlkin məlumata görə, ön kamerada dəyişiklik olmayacaq. Lakin arxa kameranın ölçüləri müsbətə doğru dəyişəcək. İnternetə sızan görüntülərdə yeniliyin kamerasının çıxıntılı olduğu görünür. Bu isə onun daha keyfiyyətli foto və video çəkilişə imkan verəcəyindən xəbər verir.
Apple-nin üzərində çalışdığı yeni Ayfon-7-nin ən böyük dəyişikliyindən biri də onun su keçirməyən bir sistemə sahib olmasıdır.
Türkiyədəki bazar qiyməti ilə Ayfon-7 3799 TL-ə, dünyada 1200 dollara satılacaq. Azərbaycanda isə onun 1900-2000 AZN-dən ucuz satılmayacağı gözlənilir.
musavat
