|
G20-də Ərdoğandan liderlərə maraqlı hədiyyə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində baş tutan G20 sammitində üzv ölkələrin liderlərinə “G20 Antalya Sammiti” kitabını hədiyyə edib.
 
Axar.az xəbər verir ki, 360 səhifəlik “G20 Antalya Sammiti” kitabında Antalya şəhəri ilə bağlı şəkillər, həmçinin 2015-ci ildə bu sammitdə iştirak etmiş dövlətlərin liderləri ilə bağlı məlumat verilib. Bundan əlavə, türk lider FETÖ şəbəkəsinin cinayətləri və 15 iyul qiyamından bəhs edən kitabçanı da dövlət başçılarına hədiyyə edib.
 
Qeyd edək ki, Çindən öncəki sammit Antalya şəhərində keçirilmişdi.
Cia.az