|
Bağdadda partlayış baş verib, 9 nəfər ölüb, 20 nəfər yaralanıb
İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı dinc sakinlərdir. Məlumata əsasən, paytaxtın şiələr yaşadığı Əl-Karrada rayonunda minalanmış avtomobil partladılıb.
 
Partlayışın gücündən ərazidə onlarla obyekt və avtomobil yanıb. Terror aktına  görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Cia.az