Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində həbsxanada baş verən yanğın nəticəsində 23 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident müxalifətçilərin saxlanıldığı “Kilinto” həbsxanasında qeydə alınıb. Bildirilir ki, məhbuslar tüstüdən zəhərlənərək ölüblər. Yanğının başvermə səbəbləri barədə məlumat verilmir. Məlumata əsasən, məhbusların əksəriyyəti bu yaxınlarda Efiopiyanın paytaxtında keçirilən etiraz aksiyaları zamanı tutulublar.
Cia.az
