|
Kabildə növbəti partlayış olub
Əfqanıstanın paytaxtı Kabildə növbəti partlayış baş verib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan sonra şəhərin mərkəzində atışma səsləri gəlib. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.
 
Xatırladaq ki, sentyabrın 5-də Kabildə baş verən iki partlayış nəticəsində 30 nəfər ölüb. Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
Cia.az