Türkiyə Suriyanın şimalında İŞİD terror qruplaşmasının mövqelərinə 9 artilleriya zərbəsi endirib.
"Report" xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinə istinadən "Anadolu" agentliyi məlumat yayıb. Zərbələr "Fərat qalxanı" əməliyyatı çərçivəsində hücum qaubitsalarından endirilib. Bundan əlavə, İŞİD-in nəzarətində olan 7 kənd Türkiyənin müttəfiqi "Azad Suriya Ordusu" qruplaşması tərəfindən azad edilib.
cia.az
