|
Rol üçün bunu etdi, halı pisləşdi

Türk aktyor Murad Yıldırım çəkildiyi filmdə rolunu daha yaxşı canlandırmaq üçün həqiqi əməliyyatı izləyib.

Əməliyyat gedişində 37 yaşlı aktyorun halı pisləşib və özündən gedib.

Dərhal çölə çıxardılan aktyora ilkin müdaxilə edilib və özünə gəlib.

M.Yıldırım deyib ki, əməliyyatda qan gördüyü üçün özünü pis hiss edib.

Qeyd edək ki, hələlik adı açıqlanmayan filmdə Murad baş rolu Fahriye Evcenlə bölüşəcək.

Cia.az