|
"Qarabağ" - "Slovan" oyununun stadionu dəqiqləşdi

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Slovan" oyununun stadionu müəyyənləşib.

Qol.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma "Dalğa Arena"da keçiriləcək. Bir neçə gün öncə UEFA-dan ölkəmizə göndərilən nümayəndə heyətinin rəyindən sonra bu qərar verilib.

Qeyd edək ki, "Qarabağ" - "Slovan" görüşü sentyabrın 15-i saat 19:00-da başlayacaq.

Cia.az