|
Aqollinin oyunu yarımçıq qaldı

DÇ-2018-in seçmə mərhələsində keçirilən Albaniya – Makedoniya oyunu yarımçıq dayandırılıb.

Qol.az-ın məlumatına görə, buna səbəb güclü yağış olub.
“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin kapitan sarğısı ilə meydana çıxdığı oyun 80-ci dəqiqədə dayandırılıb.

Görüşün türkiyəli baş hakimi Hüseyn Göçek futbolçuları paltardəyişmə otağına göndərib.
Oyunun qaldığı yerdən davam edəcəyi gözlənilir.

Qeyd edək ki, görüş dayandırılan zaman hesab 1:1 olub.

Cia.az