|
Neft kəskin bahalaşdı

Bu gün səhər saatlarından etibarən dünya birjalarında neftin qiyməti kəskin şəkildə bahalaşmaqdadır. Buna səbəb kimi Səudiyyə Ərəbistanının Asiya bazarları üçün qiymətləri qaldırması göstərilir.

Saat 13:10-a olan məlumata görə, Brent markalı neftin noyabr fyuçersinin 1 barreli birjalarda 49,02 dollara satılıb.

Bu göstərici bu gün səhər qeydə alınmış qiymətdən 2,19 dollar, yaxud 4,68% çoxdur.

Cia.az