"Real" futbolçusu Qaret Beyli satacaqları ilə bağlı yayılan iddialara son qoyub.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubunun prezidenti Florentino Peres uelsi yarımmüdafiəçini satmayacaqlarını deyib:
"Beyl üçün göndərilən təklif yüksək məbləğdə olsa belə, onu satmayacağıq. Təkiflərin hamısını rədd edəcəyik. Beyl "Real" üçün önəmli futbolçudur".
Qeyd edək ki, "Mançester Yunayted"in Beylə görə "Real"a 130 milyon avro dəyərində təklif göndərəcəyi iddia edilirdi
