|
İvana Sert keçmiş ərindən yarım milyon aldı

Modelyer İvana Sertin keçmiş həyat yoldaşı Yurdal Sertlə təzminat məhkəməsi sona çatıb.
2011-ci ildə başlayan məhkəmədə Yurdal İvanaya xəyanət ittihamı da irəli sürmüşdü. Bunun qarşılığında İ.Sert də həyat yoldaşını məhkəməyə verərək onun iftira atdığını iddia etmişdi.
O vaxt verilən məhkəmə qərarından narazı qalan İvana 400 min lirə almağı qəbul etməmişdi. Bu günlərdə yekunlaşan məhkəmədə isə o, keçmiş həyat yoldaşından ümumilikdə 515 min lirə (təxminən 260 min manat) ala bilib.

Cia.az