|
Azərbaycan TANAP layihəsinə əlavə maliyyə vəsaiti cəlb etmək istəyir

Transanadolu qaz kəməri layihəsi (TANAP) çərçivəsində işlər plana uyğun gedir.

Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ilə bağlı heç bir problem yoxdur: "Biz qismən qrafiki də qabaqlamışıq və artıq 850 km borular qaynaq edilib".

R.Abdullayev əlavə edib ki, layihənin maliyyələşdirilməsi ilə bağlı da problem yoxdur və hökumət əlavə resursların cəlb edilməsi üzrə danışıqlar aparılır.

Cia.az