|
Ceyhun Hacıbəylinin məktublarından ibarət kitab çap olundu

Görkəmli Azərbaycan ədibi Ceyhun Hacıbəylinin məktublarından ibarət “Qürbətdən gələn səslər” adlı kitab nəşr edilib.
C.Hacıbəylinin 125 illik yubileyinin keçirilməsinə dair Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, işıq üzü görən kitabın tərtibçisi Aslan Kənandır.
“Şərq-Qərb” nəşriyyatında çap olunan kitabın redaktoru Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, rəyçisi institutun əməkdaşı Nailə Səmədovadır. 

Cia.az