|
PKK terrorçuları polis məntəqəsini atəşə tutublar
PKK silahlıları Türkiyənin Van vilayətindəki  Edremit rayonunun polis məntəqəsini minaatanlardan  atəşə tutublar.
 
APA-nın “Anadolu” agentliyinə  istinadən verdiyi xəbərə görə, mərmilər məntəqənin yaxınlığındakı boş əraziyə düşüb.
 
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.   Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların saxlanılması məqsədi ilə bölgədə  əməliyyat aparılar.
Cia.az