Yeni mövsümə hazırlaşan məşhur “Kərtənkələ” serialında baş rolları oynayacaq aktyorların adı məlum olub.
Axşam.az serialın "Facebook"dakı rəsmi səhifəsinə istinadən xəbər verir ki, mövsüm finalından sonra Sera Akdemir və Timur Acar serialdan ayrılmışdılar.
Hər iki aktyor serialı çəkən şirkətlə müqaviləni uzatmaq istəməyiblər.
Növbəti mövsümdə Sera Akdemirin yerinə “Filinta” serialında oynamış Asena Tuğal, Timur Acarın yerinə isə “Hanım Köylü”də rol almış Ahmet Kayakesen çəkiləcək.
Qeyd edək ki, “Kərtənkələ”nin yeni mövsümü 17 sentyabrda efirə gedəcək.
Timur Acar və Sera Akdemir
Ahmet Kayakesen və Asena Tuğal
Cia.az
