Türk aktyor Kənan İmirzalıoğlunun babası vəfat edib.
Axşam.az "Habertürk"ə istinadən xəbər verir ki, xəbəri “Best Model” şirkətinin qurucusu Erkan Özerman sosial mediada paylaşıb:
“Kənan İmirzalıoğlunun kədərini bölüşür, mərhuma Allahdan rəhmət, ailəsi və sevənlərinə başsağlığı diləyirəm”.
Qeyd edək ki, aktyorun babası Ankaranın Bala qəsəbəsinin Üçəm kəndində dəfn edilib.
Cia.az
