|
Doğulunun “qızı” ilə xoşbəxt anı -

“Bana Sevmeyi Anlat” serialında “Alper” obrazını canlandıran Kadir Doğulu, serialdakı qızı, “Çiçək” rolunu oynayan Lavinya Ünlüerlə xoş anlar keçirir.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, çəkilişlər zamanı bir-biriylə oynayan Kadir və 5 yaşlı Lavinyanın fotosu sosial media izləyiciləri tərəfindən bəyənilib.

Bu gün 2-ci seriyası efirə gedən serialın baş rollarını Kadir Doğulu, Seda Bakan və Mustafa Üstündağ bölüşür.

Qeyd edək ki, Kadir Doğulu bu yaxınlara Neslihan Atagüllə ailə qurub.

Cia.az