|
Rəqiblərimizin oyununda tək qol

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 7-ci qrupda daha bir oyun keçirilib. 

Finlandiya millisi öz meydanında Avstriyanı qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə tamamlanıb. 
Bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran Avstriya ikinci pillədəki mövqeyini möhkəmləndirib. Finlandiya isə əvvəlki kimi 12 xalla üçüncüdür. 
Xatırladaq ki, 7 xalla qrupda dördüncü olan U-21 millimiz sentyabrın 6-da Bakıda autsayder Farer adalarını qəbul edəcək. 

Cia.az