|
İlham Əliyevdən yeni sədr təyinatı

Azərbaycan Prezidenti İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni sədr təyin edib.

Cia.az-ın dövlət başçısının saytına istinadən məlumatına görə, bununla bağlı imzalanan sərəncamda deyilir: “Əbülfət Novruz oğlu Qocayev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin”.

Cia.az