|
Ermənistan ordusunun fərari zabiti Rusiyada tutuldu

Ermənistan Silahlı Qüvvələrinin fərarı zabit Rusiyada tutulub.

RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Rusiyanın Tümen vilayəti üzrə prokurorluğunun mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Vaqe Ohanesyan avqsutun 29-da Tobolsk şəhərində polis tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən onun axtarışda olduğu üzə çıxıb. Məhkəmə barəsində həbs qərarı verib. Fərari zabitin Ermənistana ekstradisiyası üçün sənədləşmə işləri aparılır.

Ermənistan vətəndaşı Vaqe Ohanesyan 2009-ci ildə Ermənistan ordusunda xidmətə başlayıb.

2016-cı ilin fevralında 28 yaşlı bölük komandiri məzuniyyətə çıxıb və Ermənistanı tərk edib.

Faktla bağlı “fərarilik” maddəsi ilə cinayət işi açılıb, ona qarşı qiyabi ittiham irəli sürülüb.(APA)

Cia.az