Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda yüksək dağlıq ərazidə 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Virtualaz.org nazirliyin saytına istinadən bildirir ki, dərhal Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 13:40-da başa çatıb.
Cia.az
