Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik AB Komissiyasının miqrasiya məsələləri üzrə nümayəndəsi Dimitris Avramopoulosla görüşüb.
Avropa.info xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirən Çelik və Avramopoulos görüşün nəticələri ilə bağlı aşağıdakı şərtləri açıqlayıblar:
AB Türkiyəyə vizasız rejim məsələsində danışıqları davam etdirmək niyyətindədir.
Türkiyə vizasız səyahət məsələsində ciddi addımlar atıb, ancaq bəzi şərtlərə əməl etməsi lazımdır.
Türkiyə və AB qaçqınlarla bağlı müqavilənin şərtlərinin yerinə yetirilməsində qərarlıdır.
AB çox yaxın zamanda türk vətəndaşlarının Avropaya sərbəst səyahəti üçün lazımi son detalların yerinə yetirilməsində Türkiyəyə kömək edəcək.
Çelik isə öz növbəsində deyib ki, vizasız rejim təmin edilməsə, Türkiyə digər müqavilə şərtlərinə əməl etməyəcək.
Cia.az
