Polşanın Poznan şəhərində iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Raynhard Zelten vəfat edib.
Milli.Az European-a istinadən bildirir ki, 85 yaşlı R.Zelten mükafatı 1994-cü ildə almışdı.
1930-cu ildə Polşanın Vroslav (Breslau) şəhərində doğulmuş Raynhard Zelten İkinci Dünya Savaşından sonra Almaniyadakı Frankfurt Universitetində təhsil alıb. Daha sonralar o, Berlin, Bilefeld və Bonn Universitetlərinin professoru olmuşdu.
"Qeyri-kooperativ nəzəriyyəsində müvazinətin fundamental analizi"inə görəNobel iqtisadiyyat mükafatını o, əslən macar olan amerikalı Con Harsanyi və amerikalı Con neşlə paylaşmışdı.
R.Zelten iqtisadiyyat üzrə Nobel mükafatı almış ilk alman idi.
Cia.az
