Braziliya millisinin yeni kapitanı müəyyənləşib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, İtaliya "İnter"inin futbolçusu Miranda millinin əsas kapitanı seçilib.
O, yığmanın yeni kapitanı olduğu üçün sevindiyini deyib:
"Braziliya millisində çox lider var. Şadam ki, kapitan mən seçildim".
Qeyd edək ki, Neymar Rio-2016 Yay Olimpiya Oyunlarından sonra Braziliya millisinin kapitanı olmaqdan imtina etmişdi.
Cia.az
