Amerikalı müğənni Mayli Sayrusun 2014-cü ildə “MTV Video Musiqi Mükafatları” müsabiqəsində qazandığı “İlin videosu” mükafatı hərraca çıxarılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni həmin vaxt mükafatı Jesse Helt adlı kimsəsiz bir gəncə bağışlamışdı.
Həmin gənc 2 il ərzində saxladığı mükafatı ehtiyac üzündən satışa çıxardığını elan edib.
“Nadir nümunədir. Barmaq izi yoxdur” başlığı ilə satışa çıxarılan mükafatın hərracda açılış qiyməti 10 min dollar təyin edilib.


Cia.az
