Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.
Bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.
H.Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, o bu gün “Qafqaz Universiteti”nin kollektivinə təqdim edilib.
Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.
Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.
Cia.az
