|
Şəmkir sakinini ilan sancıb
Şəmkirdə ilan sancma olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon Könüllü kənd sakini 1987-ci il təvəllüdlü Ruhan İsgəndərov bağda gəzən zaman ilan onun sağ ayağından sancıb.
 
O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Cia.az