|
Donbasda ”sükut rejimi” qüvvəyə minib
Ukraynanın cənub-şərqində münaqişə zonasında “sükut rejimi” qüvvəyə minib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə avqustun 26-da Minskdə Ukrayna üzrə Təmas qrupunun iclasında razılığa gəlinib.
 
Sentyabrın 1-i, saat 00:00-dan qüvvəyə minən atəşkəs rejimi yeni tədris ilinin başlanılması ilə əlaqələndirilib. Bu gün tərəflər videokonfrans keçirərək  “sükut rejimi” ilə bağlı razılaşmaya əməl olunmasını müzakirə edəcəklər.
Cia.az