|
Əfqanıstanda toyda partlayış törədilib, 3 uşaq yaralanıb
Əfqanıstanın Şəbərqan şəhərində toy şənliyi zamanı partlayış törədilib.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 uşaq yaralanıb. Məlumata əsasən, cinayəti törədənlər müəyyənləşdirilib. Hazırda onların tutulması üzrə əməliyyatlar aparılır.
 
Qeyd edək ki, hadisə Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətində baş verib.
Cia.az