26 sentyabr referendumu ilə bağlı hazırlıqlar davam edir. Dünən Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, avqustun 31-dək referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasında 161 müşahidəçi qeydiyyatdan keçib. Bunlardan 82 nəfər “Yeni Azərbaycan” təşviqat qrupunun, 29 nəfəri “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun müşahidəçisidir. 42 nəfər öz təşəbbüsü ilə müşahidəçi kimi MSK-dan qeydiyyatdan keçib. 6 nəfər isə MDB Parlament Assambleyasının müşahidəçiləridir. Dairələrdə isə 7503 müşahidəçi qeydiyyatdan keçib.
Onlardan 903 nəfər siyasi partiyaların, 2102 nəfər “Yeni Azərbaycan” təşviqat qrupunun, 207 nəfər “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun, 1034 nəfər “Bələdiyyə” təşviqat qrupunun müşahidəçisidir.
M. Pənahov sentyabrın 1-dən etibarən dairə seçki komissiyaları üçün treninqlərin başlayacağını da açıqlayıb. Tədbirlərdə dairə seçki komissiyalarının sədrləri və müvafiq şəxslər iştirak edəcəklər.
Cia.az
