|
Kuadrado “Yuventus”la 3 illik müqavilə imzaladı

“Çelsi”nin yarımmüdafiəçisi Xuan Kuadrado yenidən “Yuventus”da çıxış edəcək. 

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Turin klubu kolumbiyalı futbolçunu 3 illik icarəyə götürüb. 

Kuadrado “Yuventus”da keçirəcəyi hər ildə 5 milyon avro qazanacaq. 

Xatırladaq ki, 28 yaşlı futbolçu ötən mövsüm də icarə əsasında "Qoca Sinyora"nın şərəfini qoruyub.

Cia.az