|
Həbsdəki MTN generalları bir-birinin üzünə durur

Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib.

Azadliq.info bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumatda bildirilir ki, üzləşmə MTN-in Anti-terror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov arasında aparılıb. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb onların istintaqa bir-biri əleyhinə verdikləri ifadə olub.

Qeyd edək ki, hər iki general Eldar Mahmydovun mütəşəkkil cinayətkar dəstəsinin əsas simalarından olub.

Cia.az