Bakı Beynəlxalq Avtovağzalında avtobus dayanacağının yerləşdiyi 250 metr uzunluğunda olan köməkçi yol bu gündən sürücülərin istifadəsinə verilib.
Virtualaz.org bildirir ki, bu barədə Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Beynəlxalq Avtovağzal kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri artıq tam olaraq yekunlaşıb.
Qeyd edək ki, həmin yol ötən ilin oktyabr ayından asfaltın çökməsi səbəbindən bağlanmışdı. “Azəravtoyol” ASC-nin əməkdaşları yolun çökmə baş verən hissələrində bərkitmə və asfaltlama işləri görürdülər.
Cia.az
