|
“Azadlığım üçün təşəkkür edəcəyim insanlar çoxdur”

“Ədalətsizlik bərpa olunanda insan özünü rahat hiss edir”.

Bu sözləri AzNews.az-a bu gün azadlığa buraxılan jurnalist Əvəz Zeynallı deyib.
Onun sözlərinə görə, azadlıqda olsa da hələ bayıra alışa bilməyib: “Şükür, azadlıqdayam. Mən 1158 gün içəridə olmuşam. Ona görə də hələ bayıra çıxanda alışa bilməmişəm. Bir neçə gün özümə gəlim, ondan sonra rahat danışacam. Amma bütün hallarda xoş duyğudur. Çünki haqsızlıq, ədalətsizlik bərpa olunanda insan özünü rahat hiss edir. İndi anamın, ailəmin və dostlarımın yanındayam. Məni də bayırda ilk onlar qarşıladı”.

“Bu azadlığınız üçün kiməsə təşəkkürünüz varmı” sualına Ə.Zeynallının cavabı belə olub: “Bu azadlıq üçün təşəkkür edəcəyim insanlar çoxdur. O haqda ayrıca cəmiyyətə müraciət olacaq”.