|
Obama ABŞ-da fövqəladə vəziyyət rejimini bir il uzadıb
ABŞ prezidenti Barak Obama  11 sentyabr 2001-ci il terror aktlarından sonra  ölkədə elan edilən fövqəladə vəziyyət rejimini bir il uzadıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sərəncamda qeyd olunur ki,  fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması ölkədə terror aktı təhlükəsinin indiyədək qalması ilə əlaqədardır. Hazırkı rejimin müddəti 2016-cı ilin sentyabrın 16-da başa çatacaqdı. 
Cia.az