|
Tanınmış sənətçi vəfat etdi -

Xəbər verdiyimiz kimi müğənni Naşide Göktürk bir ildir ağciyər xərçənginə görə xəstəxanada müalicə alırdı.

51 yaşlı müğənni edilən bütün müalicələrə baxmayaraq xəstəliyə qalib gələ bilməyib.

Bu gün Bakı vaxtı ilə 18:30 radələrində ifaçının ölüm xəbəri yayılıb

Müğənni Niran Ünsal Tvitterdəki hesabından acı xəbəri paylaşıb:

“Can dostum Naşide Göktürkü itirdik. Məkanı Cənnət olsun. Allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, şair, bəstəkar və müğənni olan N.Göktürk 1 aprel 1965-ci ildə doğulub. Onun 6 albomu və 7 kitabı var.







 
Cia.az