Çimmək üçün kanala gedən Ucar sakini itkin düşüb. APA-nın xəbərinə görə, hadisə ötən gün baş verib.
Ucar Rayon Polis Şöbəsinə 1973-cü il təvəllüdlü Təhminaz Hüseyn oğlu Quliyevin itkin düşməsi ilə bağlı müraciət daxil olub.
Yaxınlarının bildirdiyinə görə, T. Quliyev ötən gün rayon ərazisindən keçən Qazyan kanalında çimmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. Onun adıçəkilən kanalda batdığı ehtimal olunur. Məlumata görə, hazırda kanalda axtarışlara başlanılıb.
Cia.az
