|
Yevlaxda dəhşətli qəza:

Yevlaxda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayonun Qaraməmmədli kəndində 22 BA 104 dövlət qeydiyyat nişanlı minik avtomobili traktora çırpılıb. Nəticədə minik avtomobilini idarə edən 57 yaşlı kişi və 75 yaşlı sərnişini aldıqları ağır xəsarətlərdən vəfat edib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Cia.az