|
Ələt-Astara yolunda ağır qəza baş verib, 5 nəfər yaralanıb

Ələt-Astara yolunun 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisində ağır yol qəzası baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə minik və yük maşınlarının toqquşması nəticəsində qeydə alınıb. Qəza nəticəsində 5 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti daha ağırdır.
Cia.az