|
Şəmkirdə 61 yaşlı kişi döyülərək xəstəxanalıq olub
Ötən gün axşam saatlarında Şəmkir rayonunun Seyfəli kəndində bir neçə nəfərin iştirakı ilə dava baş verib.
Kəpəz TV (Region TV) xəbər verir ki, dava zamanı kənd sakini 61 yaşlı Rizvan Əliyev bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.
Yaralı dərhal ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hazırda polis Rizvan Əliyeva xəsarət yetirənlərin müəyənləşdirilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Cia.az