|
Misirdə ağır yol qəzası baş verib: -
Misirdə ağır yol qəzası baş verib. 
"Report"un məlumatına görə, bu barədə "Veto-qeyt" portalı xəbər yayıb.
Məlumata görə, hadisə Qahirə şəhərindən cənubda qeydə alınıb. Mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb. 
Ölənlərdən biri 9 yaşlı uşaqdır.
Misir yol qəzalarındakı ölümlərin sayına görə ərəb ölkələri arasında 16-cı, dünyada isə 109-cu yeri tutur. Ötən il bu ölkədə 6,2 min nəfər yol qəzasında ölüb, 19,3 min nəfər xəsarət alıb. 
Cia.az