|
Siciliya boğazında 1000-dən çox miqrant xilas olunub
Avqustun 28-də Siciliya boğazında hava ilə doldurulmuş rezin qayıqlarla Liviyadan İtaliyaya keçmək istəyən 100-dən çox miqrant xilas edilib.
 
APA-nın  TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Sahil Mühafizə Xidmətinin məlumatında bildirilir.
 
Ümumilikdə gün ərzində İtaliya Sahil Mühafizə Xidməti və  Hərbi-Dəniz Qüvvələrinin gəmiləri “Open Arms” qeyri-hökumət təşkilatının iştirakı 11  əməliyyat həyata keçirib.
 
Əməliyyat zamanı ölən və xəsarət alan olmayıb. Miqrantlar İtaliyanın cənub limanlarına çatdırılır.
Cia.az