|
Millimizin sabiq üzvü “Fənərbaxça”ya qol vurdu

Türkiyə Superliqasının ikinci turunda “Fənərbaxça” öz meydanında “Kayserispor”u qəbul edib. 

Qol.az-ın məlumatına görə, millimizin sabiq üzvü Ufuk Budak da “Şükrü Saracoğlu”da keçirilən görüşü iştirakçısı olub. 

Ufuk meydana 82-ci dəqiqədə daxil olub. 90-cı dəqiqədə isə sol cinah müdafiəçisi vurduğu qolla komandasını hesabda önə keçirib - 3:2. 

Lakin hakimin oyununa sonuna əlavə etdiyi üçüncü dəqiqədə “Fənərbaxça” yenilgidən qaçıb. Alper Potuk matçda son nəticəni müəyyənləşdirib - 3:3.

Cia.az