|
Düzgün qaşalma qaydaları

Üzü çərçivələnməsində, üz ifadəsini diqqətə çarpmasında qaşlar əhəmiyyətli rol oynayır. Qaşların düzgün formaya salınması gözəl görünmək üçün vacib məqamlardan biridir. Qaşlar düzgün alınmadıqda üzün ümumi görünüşünə xələl gəlir, eyni zamanda ən gözəl makiyaj belə dəyərini itirir. Aile.lent.az qaşları düzgün formaya salma üçün 4 addımla sizə kömək edir.

 

1. Qaşalandan çox istifadə etməyin

 

Yenidən gözəllik salonuna getməzdən əvvəl hələ görünməyən və nazik tükləri almayın. Bunun yerinə qalın və diqqət çəkənləri yüngülcə yerindən çıxarın.

 

2. Diqqətlə kəsin

 

Təcili və öhdəsindən gələ bilməyəcəyiniz hallarda qaşlarınızı əvvəlcə bir qaş fırçası ilə yuxarı doğru darayın, sonra bir qayçı ilə çox olan tükləri və uzananları müəyyən edin. Qaşdakı tükləri dümdüz kəsməkdənsə formaya uyğun hərəkət etdirin.

 

3. Makiyajdan faydalanın

 

Qaş aldırmağınıza bir neçə gün qalıb. Lakin bu müddətdə gözlərinizin daha gözəl görünməsini istəyirsinizsə, göz kölgəsini qaş sümüyünüzü çəkin. Beləcə, göz qapaqlarınızı yuxarı qaldırmış olarsınız.

 

4. Qaşlarınızı darayın

 

Küçəyə çıxmazdan əvvəl üz ifadənizi dəqiqləşdirmək üçün qaşlarınızı darayın. Qaşınıza uyğun  rəngli və ya şəffaf qaş kölgəsi istifadə edə bilərsiniz. Beləcə, qaşlarınız daha balanslı və sabit görünər.

Cia.az