|
Azərbaycanın reytinqi “BB+” səviyyəsində təsdiq edilib -

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

Agentlik Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) “BB+”, proqnozu isə "neqativ" olaraq müəyyənləşdirib.

“Fitch” həmçinin Azərbaycanın xarici valyutada olan istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib.

Bununla yanaşı, Azərbaycanın qısa müddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) “B+” olaraq təsdiqlənib.

Cia.az